DOLAR 34,0816 0.15%
EURO 38,1569 0.03%
ALTIN 2.833,900,18
BITCOIN 21453763,96%
İstanbul
23°

HAFİF YAĞMUR

05:14

İMSAK'A KALAN SÜRE

Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

ABONE OL
10 Ağustos 2024 15:19
Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib
0

BEĞENDİM

ABONE OL

Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

, 2024
Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib

 

https://x.com/DiasporaAz/status/1821491235569148367

 

Laçında təşkil olunmuş “Gənclər Yaşıl Dünya Naminə” Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib.

 

https://x.com/DiasporaAz/status/1821491235569148367

Əvvəlcə V Yay Düşərgəsinin qısa xülasəsini əks etdirən videoçarx nümayiş olunub.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Elşad Əliyev çıxış edərək V Yay Düşərgəsinin Azərbaycanın dilbər guşələrindən olan Laçında keçirilməsinin önəmindən danışıb və bu düşərgənin gənclərin yaddaşında silinməz izlər buraxacağına inandığını bildirib. Laçının ilk dəfə olaraq dünyanın 60 ölkəsindən gələn qonağa ev sahibliyi etdiyini vurğulayıb. Ənənə halını alan Yay düşərgələrinin xaricdə yaşayan azərbaycanlı gənclərin vətənlə əlaqələrini möhkəmlətmək və öz soykökünə, mədəniyyətinə bağlılığını qoruyub saxlamaq məqsədi daşıdığını söyləyib, gəncləri diaspor fəaliyyətində və Azərbaycan həqiqətlərinin təbliğində fəal olmağa çağırıb. Sədr müavini bu cür tədbirlərin vətənpərvər gənclərin informasiya müharibəsində üstünlük qazanmasında, eyni zamanda dezinformasiyaların qarşısının alınmasında çox ciddi rol oynadığını diqqətə çatdırıb.

 

https://x.com/DiasporaAz/status/1821491235569148367

Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin rəsmisi Hüseyn Quliyev düşərgənin Laçında keçirilməsinin böyük əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, dünyanın 60 ölkəsindən 115 gəncin Laçında olması, düşərgədə iştirak etməsi çox qürurverici bir hadisədir. Hüseyn Quliyev bu cür tədbirlərin gələcəkdə də Laçında keçiriləcəyinə ümidini ifadə edib.

Sonra düşərgə iştirakçılarına sertifikatlar, breyn rinq və futbol oyunlarının qaliblərinə mükafatlar təqdim olunub.

Qeyd edək ki, avqustun 1-dən 7-dək davam edən və diaspor tarixinin möhtəşəm layihələrindən biri hesab olunan Diaspor Gənclərinin V Yay Düşərgəsində dünyanın 60 ölkəsindən 115 gənc iştirak edib. Onların sırasında həm dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar, həm də Azərbaycana dost münasibəti bəsləyən xalqların nümayəndələri yer alıb.

Foto qalereya

 

 

 

https://x.com/DiasporaAz/status/1821491235569148367

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/diaspor-genclerinin-v-yay-dusergesinin-resmi-baglanis-merasimi-kecirilib-4985

 

 

https://x.com/DiasporaAz/status/1821491235569148367

Azerbaijan, AZERBAYCAN, Azərbaycan, Azərbaycan Diasporuna Dəstək Fondu, Azərbaycan Evi, Azərbaycan Respublikası, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Murad, bağlanış, Bakı, BAKÜ, Dəstək Fondu, Diaspor, Diaspor Gənclərinin, Diaspor Gənclərinin V Yay Düşərgəsinin rəsmi bağlanış mərasimi keçirilib, Diaspora, Diasporla, Diasporla İş üzrə Dövlət Komitəsi, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Diasporuna Dəstək Fondu, embassy, Embassy of the Republic of Azerbaijan, Fuad, Fuad Muradov, İş üzrə Dövlət Komitəsi, keçirilib, mərasimi, Muradov, Öf, Republic, Republic of Azerbaijan, rəsmi, THE, V Yay Düşərgəsinin

Yorum yapabilmek için giriş yapmalısınız.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ