DOLAR 33,9922 -0.21%
EURO 38,0610 0.34%
ALTIN 2.829,510,96
BITCOIN 21711586,15%
İstanbul
21°

AZ BULUTLU

05:14

İMSAK'A KALAN SÜRE

yigit

yigit

19 Eylül 2024 Perşembe

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib
0

BEĞENDİM

ABONE OL

 

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

15 iyul, 2024

https://x.com/DiasporaAz/status/1812836677313851667

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun nümayəndələri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib

https://x.com/DiasporaAz/status/1812836677313851667

Qazaxıstanda fəaliyyət göstərən diasporumuzun rəhbərləri və fəalları, qardaş xalqın təmsilçilərindən ibarət nümayəndə heyəti Azərbaycana səfər çərçivəsində Fəxri xiyabanı ziyarət edib. Burada xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi dərin ehtiramla yad edilib, abidəsi önünə Qazaxıstandakı Azərbaycan diasporu adından əklil qoyulub, güllər düzülüb.

Sonra nümayəndə heyəti Şəhidlər xiyabanını ziyarət edərək, ölkəmizin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anıb, məzarları üzərinə tər çiçəklər düzüb. Nümayəndə heyəti Azərbaycan Respublikasının Milli Qəhrəmanları – general-mayor Polad Həşimov, polkovnik İlqar Mirzəyev, gizir Mübariz İbrahimov və Vətən uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin, eləcə də I Qarabağ müharibəsi zamanı şəhid olmuş Qazaxıstanın qəhrəman oğlu Yerbol Barımbekovun da məzarını ziyarət edib.

https://x.com/DiasporaAz/status/1812836677313851667

Ziyarət zamanı nümayəndə heyətini Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov müşayiət edib.

Qeyd edək ki, “Prezidentlərin izi ilə!” şüarına uyğun olaraq nümayəndə heyətinin işğaldan azad edilmiş Füzuli və Şuşa şəhərlərinə səfərləri nəzərdə tutulur. Onlar Füzuli şəhərində Qazaxıstan dövlətinin dəstəyi ilə inşa olunan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin açılışını həyata keçirdiyi Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzini ziyarət edəcəklər.

FOTO QALEREYA

https://x.com/DiasporaAz/status/1812836677313851667

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/qazaxistanda-fealiyyet-gosteren-diasporumuzun-numayendeleri-fexri-xiyabani-ve-sehidler-xiyabanini-ziyaret-edib-4941

https://x.com/DiasporaAz/status/1812836677313851667