DOLAR 34,2421 0.13%
EURO 37,0775 0.86%
ALTIN 2.966,051,40
BITCOIN 25983051,86%
İstanbul
14°

PARÇALI BULUTLU

Türküstan vilayətində Azərbaycan dilinə və mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib
  • Dubai Gazetesi
  • Gündem
  • Türküstan vilayətində Azərbaycan dilinə və mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib

Türküstan vilayətində Azərbaycan dilinə və mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib

ABONE OL
1 Ekim 2023 11:54
Türküstan vilayətində Azərbaycan dilinə və mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib
0

BEĞENDİM

ABONE OL

 

 

 

 

Türküstan vilayətində Azərbaycan dilinə və mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib

, 2023

 

 

 

Türküstan vilayətində Azərbaycan dilinə və mədəniyyətinə həsr olunmuş tədbir təşkil edilib
Qazaxıstanın Türküstan vilayətinin Sayram rayonunun Aksukent kəndində “Azərbaycan Dili, Mədəniyyəti və Adət-ənənələri Günü” qeyd olunub.

 

 

 

 

“Qarabağ” Azərbaycan Regional Etnomədəni Birliyinin təşkilatçılığı ilə baş tutan tədbir Qazaxıstan Xalqları Assambleyasında (QXA) etnomədəni birliklərin dilinə, mədəniyyətinə və adət-ənənələrinə həsr olunmuş bayram tədbirləri çərçivəsində təşkil olunub.

 

 

 

 

Tədbirdə Türküstan vilayəti İctimai İnkişaf İdarəsinin Sayram rayon şöbəsinin müdiri Bazarbay Aytbayev, Əmanət Partiyasının Sayram rayon təşkilatının sədri Kuanış Sızdıkov və QXA-da təmsil olunan rayon etnomədəni birliklərinin nümayəndələri çıxış ediblər və Azərbaycan icmasının ünvanına xoş arzularını bildiriblər.

“Qarabağ” Azərbaycan Regional Etnomədəni Birliyinin sədri Ramilə Mustafayeva hər bir etnik qrupun, o cümlədən azərbaycanlıların öz dilinin, mədəni irsinin və adət-ənənələrinin qorunub saxlanılması və inkişafı üçün yaradılan şəraitə görə Qazaxıstan dövlətinə minnətdarlığını bildirib.

 

 

 

Ölkədə birliyin və həmrəyliyin möhkəmlənməsinə töhfə verən etnomədəni birliklərin nümayəndələri “Qarabağ” Azərbaycan Regional Etnomədəni Birliyinin İdarə Heyəti rəhbərliyinin təşəkkürnamələri ilə təltif olunublar.

Tədbirin bədii hissəsində konsert proqramı təqdim edilib.

FOTO QALEREYA

 

 

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/turkustan-vilayetinde-azerbaycan-diline-ve-medeniyyetine-hesr-olunmus-tedbir-teskil-edilib-3617

 

 

 

 

Yorum yapabilmek için giriş yapmalısınız.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ