DOLAR 34,2421 0.13%
EURO 37,0775 0.86%
ALTIN 2.966,051,40
BITCOIN 25983051,86%
İstanbul
14°

PARÇALI BULUTLU

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələrinə dair mətbuat məlumatı
  • Dubai Gazetesi
  • Siyaset
  • Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələrinə dair mətbuat məlumatı

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələrinə dair mətbuat məlumatı

ABONE OL
9 Mart 2024 18:13
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələrinə dair mətbuat məlumatı
0

BEĞENDİM

ABONE OL

No:108/24, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında konsulluq məsləhətləşmələrinə dair mətbuat məlumatı

 

 

 

 

7 mart 2024-cü il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyi arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.

 

Məsləhətləşmələrin ilkin mərhələsi Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi Emil Səfərov və Türkiyə Respublikasının Xarici İşlər Nazirliyinin Konsulluq məsələləri baş idarəsinin rəisi Hayriye Nurdan Erpulat Altuntaşın rəhbərlik etdiyi nümayəndə heyətlərinin iştirakı ilə keçirilib.

 

Məsləhətləşmələrin əsas mərhələsində Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Fariz Rzayevin, Türkiyə Respublikası tərəfindən isə Türkiyə Respublikasının xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin iştirakı ilə konsulluq, miqrasiya, ədliyyə və bir sıra digər sahələr üzrə əməkdaşlığın inkişafı ilə əlaqədar müzakirələr aparılıb.

 

Görüş zamanı, iki ölkə arasında konsulluq sahəsində ikitərəfli əməkdaşlığın mövcud vəziyyəti, əməkdaşlığın, o cümlədən sahə üzrə müqavilə-hüquq bazasının inkişaf etdirilməsi, iki dövlətin vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, onlara zəruri konsulluq yardımının göstərilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

 

Konsulluq sahəsində həyata keçirilmiş son yeniliklər barədə məlumat mübadiləsi aparan tərəflər, həmçinin Azərbaycan və Türkiyə arasında təhsil, miqrasiya və digər sahələrdə əlaqələrin gücləndirilməsinin vacibliyini vurğulayıblar.

 

Eyni zamanda, məsləhətləşmələr çərçivəsində Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin, Türkiyə tərəfindən isə xarici işlər nazirinin müavini Yasin Ekrem Serimin iştirakı ilə keçirilmiş görüşdə Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında nəqliyyat və ticarət sahələri üzrə əməkdaşlıq perspektivləri barəsində fikir mübadiləsi aparılıb, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın davam etdirilməsinin əhəmiyyəti qeyd olunub.

 

Y.Rəfiyev Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq çərçivəsində görülən işlər barədə qarşı tərəfi məlumatlandırıb.

 

Görüşlərdə həmçinin Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin və Dövlət Miqrasiya Xidmətinin, Türkiyə Respublikasının Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Miqrasiya Baş idarəsinin rəsmiləri iştirak edib.

 

 

Paylaş

BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no10824

 

 

 

Yorum yapabilmek için giriş yapmalısınız.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ