Azərbaycanlının yaratdığı şirkət Nyu-Yorkda Top-10-a düşüb
, 2024
Azərbaycanlının yaratdığı şirkət Nyu-Yorkda Top-10-a düşüb
Azərbaycanlının yaratdığı şirkət Nyu-Yorkda Top-10-a düşüb
📌 https://t.co/OpVdD3sXbj pic.twitter.com/jcrANekLy4— Azerbaijani Diaspora (@DiasporaAz) April 16, 2024
Diasporla İş üzrə Dövlət Komitəsinin internet televiziyası Diaspor TV-nin İctimai televiziya ilə ortaq layihəsi olan “Vətən uzaqda deyil” proqramının ABŞ-nin Nyu-York şəhərində çəkilən buraxılışının qonağı gənc azərbaycanlı şahmatçı və iş adamı Elvin Bağır-Pour olub. Elvin Bağır-Pour müsahibəsində ABŞ-də yaratdığı şirkətin fəaliyyətindən, şahmatçı və iş adamı kimi uğurlarından danışıb.
Müsahibədə beynəlxalq dərəcəli şahmat ustası Elvin Bağır-Pourun rəhbərlik etdiyi “Chess Father” şirkətinin ABŞ-nin Nyu-York şəhərində Top-10-a düşməsi diqqətə çatdırılıb.
Məlumat üçün deyək ki, “Chess Father” şirkətinin təşkilatçılığı ilə ötən il ABŞ-də müasir Azərbaycan dövlətinin qurucusu, görkəmli siyasi və dövlət xadimi, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Heydər Əliyev adına beynəlxalq şahmat turniri keçirilib.
Qeyd edək ki, jurnalist, DİDK-nın şöbə müdiri Vəsilə Vahidqızının müəllifi olduğu “Vətən uzaqda deyil” 6 ildir fəaliyyət göstərən Diaspor TV-nin ən populyar proqramıdır. Bu günə qədər dünyanın müxtəlif ölkələrində yaşayan yüzlərlə soydaşımız proqramın qonağı olub, onların haqqında maraqlı süjetlər təqdim edilib. Dünya azərbaycanlılarından və ölkəmizin diaspor siyasətindən bəhs edən “Vətən uzaqda deyil” proqramı ayda iki dəfə saat 14:30-da İctimai TV-nin efirində yayımlanır.
Nyu-Yorkda fəaliyyət göstərən “Chess Father” şirkətinin rəhbəri Elvin Bağır-Pourla müsahibəyə aşağıdakı linkdə baxa bilərsiz:
Play
03:26
04:51
Mute
Settings
Enter fullscreen
Play
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycanlinin-yaratdigi-sirket-nyu-yorkda-top-10-a-dusub-4549
Azərbaycanlının yaratdığı şirkət Nyu-Yorkda Top-10-a düşüb
📌 https://t.co/OpVdD3sXbj pic.twitter.com/jcrANekLy4— Azerbaijani Diaspora (@DiasporaAz) April 16, 2024
Yorum yapabilmek için giriş yapmalısınız.