DOLAR 34,2421 0.13%
EURO 37,0775 0.86%
ALTIN 2.966,051,40
BITCOIN 25983051,86%
İstanbul
14°

PARÇALI BULUTLU

Nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Əl-Budeyvi ilə görüşünə dair mətbuat məlumatı
  • Dubai Gazetesi
  • Dünya
  • Nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Əl-Budeyvi ilə görüşünə dair mətbuat məlumatı

Nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Əl-Budeyvi ilə görüşünə dair mətbuat məlumatı

ABONE OL
27 Kasım 2023 15:29
Nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Əl-Budeyvi ilə görüşünə dair mətbuat məlumatı
0

BEĞENDİM

ABONE OL

 

 

 

No:677/23, Nazir Ceyhun Bayramovun Körfəz Əməkdaşlıq Şurasının Baş katibi Casim Əl-Budeyvi ilə görüşünə dair mətbuat məlumatı

 

 

24 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə ölkəmizdə səfərdə olan Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) Baş katibi Casim Əl-Budeyvi arasında görüş keçirilib.

 

 

Görüş zamanı Azərbaycan ilə KƏŞ arasında mövcud əməkdaşlıq gündəliyində duran məsələlər, habelə münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.

 

 

 

Bununla yanaşı, KƏŞ-in vir sıra regional fotmatlarında, xüsusilə də Orta Asiya ölkələri ilə əməkdaşlıq mexanizmlərində ölkəmizin iştirakının və proseslərə yaxından cəlb olunmasının əhəmiyyəti vurğulanıb.

 

Nazir Ceyhun Bayramov bu xüsusda ölkəmizin sədrliyi altında BMT Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün xüsusi proqramının (SPECA) Bakı həftəsi və Sammitinin və əldə olunmuş razılaşmaların bölgədə əməkdaşlığa əlavə təkan verəcəyini bildirib.

 

 

Azərbaycanın KƏŞ-ə üzv dövlətlərlə tarixi dostluq, qarşılıqlı hörmət, dəstək və həmrəyliyə əsaslanan münasibətlərin mövcudluğundan bəhs edən nazir Ceyhun Bayramov, bu münasibətlərin KƏŞ çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa təkan verdiyini qeyd edib.

KƏŞ ölkələri ilə iqtisadi, enerji, nəqliyyat, turizm, təhsil və digər sahələrdə birgə layihələrin cari vəziyyəti və perspektivləri qeyd olunub, sərmayələr sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, birgə iqtisadi forumların keçirilməsi istiqamətində mövcud potensialdan istifadənin zəruri olduğu diqqətə çatdırılıb.

 

 

 

Nazir Ceyhun Bayramov post-münaqişə dövründə bölgədəki vəziyyət, sülh perspektivləri barədə qarşı tərəfə məlumat verib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş
BÜTÜN XƏBƏRLƏR

kaynak:https://mfa.gov.az/az/news/no67723

 

 

 

 

Yorum yapabilmek için giriş yapmalısınız.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.