Torontoda Azərbaycan dili sinfinin şagirdləri Xocalı soyqırımı barədə məlumatlandırılıb
, 2024
Torontoda Azərbaycan dili sinfinin şagirdləri Xocalı soyqırımı barədə məlumatlandırılıb
Kanadanın Toronto şəhər təhsil mərkəzinin xarici dillər bölməsinin Azərbaycan dili sinfinin növbəti dərsi Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunub. Dərs Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Xocalı soyqırımı qurbanları və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad edilib. Azərbaycan dili sinfinin müəlliməsi Yeganə Cəfərova şagirdlərə xalqımızın məruz qaldığı qanlı və dəhşətli faciə haqqında ətraflı məlumat verib. O qeyd edib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri tərəfindən Xocalının dinc və günahsız əhalisinə qarşı xüsusi amansızlıqla kütləvi qırğın törədilib. Qadınlar, uşaqlar və yaşlılar da daxil olmaqla, 613 nəfər qəddarlıqla qətlə yetirilib, 1275 nəfər girov götürülüb, 8 ailə tamamilə məhv edilib. Məktəblilərə milli kimliklərini və Xocalı faciəsini unutmamaq tövsiyə olunub.
Torontoda Azərbaycan dili sinfinin şagirdləri Xocalı soyqırımı barədə məlumatlandırılıb
📌 https://t.co/TDZm49fhDc#JusticeforKhojaly #Khojaly #KhojalyGenocide #XocalıyaƏdalət pic.twitter.com/9uMvEzZtNy— Azerbaijani Diaspora (@DiasporaAz) February 28, 2024
Dərs zamanı şagirdlər Xocalı soyqırımına həsr etdikləri “Biz Xocalının səsiyik” mövzusunda rəsmlər çəkib, Xocalıya aid şeirlər səsləndiriblər.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/torontoda-azerbaycan-dili-sinfinin-sagirdleri-xocali-soyqirimi-barede-melumatlandirilib-4305
Yorum yapabilmek için giriş yapmalısınız.