“Diaspor Akademiyası” layihəsi çərçivəsində beşinci təlim keçirilib
5 mart, 2024
“Diaspor Akademiyası” layihəsi çərçivəsində beşinci təlim keçirilib
Ötən ilin sonlarından başlayan “Diaspor Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlər davam edir.
Növbəti 5-ci təlimin mövzusu “Dövlət qurumları və beynəlxalq təşkilatlara müraciətlərin, məktubların yazılması qaydası” olub.
Ötən ilin sonlarından başlayan “#Diaspor Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlər davam edir.
📌 https://t.co/GRHYHqwJ6H pic.twitter.com/FbMB8J8OSL— Azerbaijani Diaspora (@DiasporaAz) March 5, 2024
Təlimçi, Siyasi Texnologiyalar Mərkəzinin rəhbəri Vəli Əlibəyov yazışmaların mühümlüyü, işgüzar məktub və müraciətlərin yazılması ilə bağlı qəbul olunmuş beynəlxalq standartlar, məktubun mövzusu və növləri, peşəkar şəkildə hazırlanmış məktubun strukturu, məktub və müraciətlərin hazırlanması mərhələləri haqqında ətraflı məlumat verib, təlim iştirakçılarına müxtəlif yerli və xarici nümunələr təqdim edib.
İnteraktiv şəkildə keçən təlim zamanı iştirakçılar bu sahədəki təcrübələrini bölüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb və onları maraqlandıran sualları təlimçiyə ünvanlayıblar.
Qeyd edək ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondu tərəfindən “Diaspor Akademiyası” layihəsi çərçivəsində keçirilən təlimlər 2024-cü ilin aprel ayına qədər davam edəcək.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
kaynak:https://diaspor.gov.az/az/news-detail/quot-diaspor-akademiyasi-quot-layihesi-cercivesinde-besinci-telim-kecirilib-4365
Yorum yapabilmek için giriş yapmalısınız.