DOLAR 34,0816 0.15%
EURO 38,1569 0.03%
ALTIN 2.833,900,18
BITCOIN 21453763,96%
İstanbul
23°

HAFİF YAĞMUR

05:14

İMSAK'A KALAN SÜRE

Azərbaycan Diaspor Gəncləri 8 Noyabr – Zəfər Günü münasibətilə bir araya gəlib

Azərbaycan Diaspor Gəncləri 8 Noyabr – Zəfər Günü münasibətilə bir araya gəlib

ABONE OL
10 Kasım 2023 20:28
Azərbaycan Diaspor Gəncləri 8 Noyabr – Zəfər Günü münasibətilə bir araya gəlib
0

BEĞENDİM

ABONE OL

 

 

 

 

Azərbaycan Diaspor Gəncləri 8 Noyabr – Zəfər Günü münasibətilə bir araya gəlib

, 2023

 

 

 

Azərbaycan Diaspor Gəncləri 8 Noyabr – Zəfər Günü münasibətilə bir araya gəlib

Azərbaycan Diaspor Gəncləri (ADG) platformasının 8 Noyabr – Zəfər Günü münasibətilə onlayn formatda görüşü keçirilib.

 

 

 

Tədbirdə Vətən müharibəsi iştirakçıları və ADG-nin 40-dan çox ölkədən 70 nəfərə yaxın üzvü iştirak edib.

 

 

 

 

Görüş iştirakçılarını salamlayan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müşaviri Emin Rüstəmov ölkəmizin müasir tarixinə qızıl hərflərlə həkk olunmuş Zəfər Günü münasibətilə gəncləri təbrik edib. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi və qəhrəman ordumuzun şücaəti nəticəsində torpaqlarımızın işğaldan azad olunmasından, bu möhtəşəm günün önəmindən danışıb.

 

 

 

 

Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları – Xüsusi Təyinatlı Qüvvələrin hərbçisi, Suqovuşanda Azərbaycan bayrağını ucaldan İlkin Fərzəliyev və müharibənin son günlərində yaralanaraq düşmən tərəfindən əsir götürülmüş Amin Musayev keçdikləri döyüş yollarından bəhs ediblər.

Suqovuşanda Azərbaycan bayrağını ucaldarkən inanılmaz hisslər yaşadığını vurğulayan İlkin Fərzəliyev həyatda ən çox sevindiyi günlərin məhz müharibə dövründə işğaldan azad edilən torpaqlarımızda Azərbaycan Bayrağının qaldırılması və Ali Baş Komandana məruzə edildiyi anlar olduğunu bildirib.

Amin Musayev yaralı olmasına baxmayaraq, düşmənin ona qarşı qəddarcasına davrandığını, dövlət başçımızın səyləri nəticəsində əsirlikdən azad edilərək doğma vətənə qaytarıldığını söyləyib.

 

 

 

Qazilərimiz möhtəşəm Zəfər Günü münasibətilə dövlət başçımızı, xalqımızı və xaricdə yaşayan soydaşlarımızı təbrik ediblər. Müxtəlif ölkələrdən qoşulan Azərbaycan gənclərini bir arada görməkdən məmnun olduqlarını, diaspor gənclərinin doğma vətənimiz naminə böyük işlər görəcəklərinə inandıqlarını nəzərə çatdırıblar.

Görüş qonaqların ADG üzvlərinin suallarını cavablandırması ilə yekunlaşıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/azerbaycan-diaspor-gencleri-8-noyabr-zefer-gunu-munasibetile-bir-araya-gelib-3769

 

 

 

 

Yorum yapabilmek için giriş yapmalısınız.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.