DOLAR 34,5507 0.26%
EURO 36,4573 0.27%
ALTIN 2.958,590,81
BITCOIN 33685654,64%
İstanbul
17°

HAFİF YAĞMUR

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Effektiv hərbi strategiya..”, ÖZEL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Effektiv hərbi strategiya..”, ÖZEL

ABONE OL
24 Kasım 2023 19:34
Azərbaycan Millət vəkili Məşhur Məmmədov, “Effektiv hərbi strategiya..”, ÖZEL
0

BEĞENDİM

ABONE OL

Azərbaycan Millət vəkili Məşhur Məmmədov,
“Effektiv hərbi strategiya..”, ÖZEL

Millet vekili Meşhur Memmedov,

“Şəhər günlərinin təsis edilməsi tarixi qələbə günlərinin əbədiləşdirilməsinə xidmət edən təşəbbüslərdəndir. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 25 noyabr Kəlbəcər şəhəri günü kimi müəyyən olub. Kəlbəcər Azərbaycanın ən yüksək dağ rayonudur. 1993-cü il 2 aprel tarixində Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Kəlbəcər rayonu işğal edilmişdir. Rəsmi İrəvanın hərbi cinayətlərindən biri də Kəlbəcərdə həyata keçirilmiş, BMT-nin və ATƏT-in prinsiplərinə zidd olaraq 1999-cu ildən Kəlbəcər rayonu ərazisində ermənilərin məskunlaşdırılmasına başlanılmışdır. Kəlbəcər həm də “İkili standartlar” siyasətinin təzahürünə şahidlik edib. BMT Təhlükəsizlik Şurasının 30.04.1993-cü il tarixli 822 saylı Qətnaməsində işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın bütün digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin rəsmi İrəvan həmin Qətnaməni icra etmədi, beynəlxalq təşkilatlar isə onun icrasını tələb etmədi. 44 günlük Vətən Müharibəsi zamanı Kəlbəcərin azad olunmasının strateji əhəmiyyəti var idi. Prezident İlham Əliyev Kəlbəcərin strateji əhəmiyyətini çıxışlarından birində daha aydın təsbit edib: “İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir. Biz Kəlbəcərin şimal hissəsində strateji yüksəklikləri götürərək erməni silahlı qüvvələrinin hərəkətlərini bu istiqamətdə böyük dərəcədə məhdudlaşdıra bildik və faktiki olaraq onlar Basarkeçər-Kəlbəcər yolundan istifadə edə bilmədilər. Bəzi istiqamətlərdə strateji nöqtələri götürərək Ermənistan ordusunun hərəkətlərini demək olar ki, iflic vəziyyətə salmışdıq”. Effektiv hərbi strategiyanın nəticəsi olaraq 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verildi. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib. Kəlbəcərin ermənilərdən boşaldılması işğalçının eybəcər siması və barbarlığının, erməni vandalizminin növbəti nümayişi oldu. Kəlbəcərdən qaçan qeyri-qanuni sakinlər rüsvayçı hərəkətləri və barbar davranışları ilə yadda qaldılar. Azərbaycanlılara qalmaması üçün evlərə, bağlara od vuranlar öz vəhşi xislətlərini nümayiş etdilər. Beynəlxalq ictimaiyyətin gözü qarşısında baş verən bu vəhşiliklər bir daha erməni vandalizmini dünya birliyinə nümayiş etdirdi. İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
Ordu quruculuğuna önəm verən, ordunu həmişə diqqətdə saxlayan Müzəffər Ali Baş Komandan İlham Əliyev qəhrəmanlarımıza hörmət və ehtiram göstərərək 2020-ci il noyabrın 26-da “Kəlbəcərin azad olunmasına görə” medalının təsis edilməsi barədə Qanun imzaladı. Prezident İlham Əliyevin sərəncamları ilə Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 9455 hərbi qulluqçusu “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif olunub. Hazırda Kəlbəcərdə abadlıq-quruculuq işləri sürətlə davam edir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Kəlbəcərə mütəmadi səfərləri, açılışlarda şəxsən iştirakı ölkə başçısının işğaldan azad edilən hər qarış torpağın dirçəlməsində maraqlı olmasının sübutudur. Kəlbəcərin Yanşaq kəndində ümumilikdə 421 ailənin, rayonunun Zallar kəndində ümumilikdə 487 ailənin məskunlaşması nəzərdə tutulub. Kəlbəcər rayonunun ərazisində Tərtər çayın sol qolu olan Meydan çayının üzərində 3,4 meqavatlıq kiçik su elektrik stansiyası tam yenidən qurulub. Rayonun qərbində Tərtər çayı üzərində yerləşən 8,33 meqavat gücündə “Çıraq-1” və 5,3 meqavat gücündə olan “Soyuqbulaq”, Qaraarxac çayı üzərində 3,6 meqavat gücündə “Çıraq-2” Kiçik Su Elektrik stansiyaları “AzərEnerji” ASC tərəfindən tamamilə yenidən qurulub. Hər bir rayonun infrastrukturunun qurulmasında əsas iş yolların bərpasıdır. Toğanalı-Kəlbəcər-İstisu avtomobil yolunun tikintisi sürətlə davam etdirilir. I, II və III texniki dərəcəli yol iki, üç və dörd hərəkət zolağından ibarət olacaq. Bu yolun üzərindəki 5 tunelin ümumi uzunluğu 25,9 kilometrdir. Tunellərin 12,3 kilometrlik hissəsində qazma işləri tamamlanıb. Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlqoyma mərasimində və Kəlbəcər-Laçın avtomobil yolu üzərində tikiləcək 3,4 km uzunluğunda tunelin təməlqoyma mərasimində iştirak edən Prezident İlham Əliyev Kəlbəcərə səfərləri zamanı Kəlbəcər–Laçın avtomobil yolunun 38-ci kilometrliyindən 76-cı kilometrliyinədək olan hissəsində görülən işlərlə tanış olmuş, Zar kəndinin təməlqoyma mərasimində iştirak etmiş, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik stansiyalarının açılış mərasimini etmiş, “İstisu” mineral sudoldurma zavodunun tikintisi və “İstisu” Müalicə-İstirahət Kompleksində görülən işlərlə tanış olmuşdur. Kəlbəcərin işğaldan azad edilməsindən 3 il zaman keçsə də, qısa zaman kəsiyində mürəkkəb relyefə sahib Kəlbəcərdə çox işlər görülüb, demək olar ki, görülən işlərlə cənab İlham Əliyev yerində tanış olub, müvafiq tapşırıq və tövsiyələrini verib. “Kəlbəcər-1” Kiçik Su Elektrik Stansiyasının açılışı, Kəlbəcər rayonunda hərbi hissələrin açılışı, Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq, Kəlbəcər şəhərinin Baş planı ilə tanışlıq, İşğal və Zəfər muzeyləri kompleksinin təməlqoyma mərasimi, Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi, Kəlbəcərdə “İstisu” mineral su zavodunun təməlqoyma mərasimi, “AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin 5,3 meqavat gücündə olan “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılış mərasimi görülən işlərdən bir qismidir. Kəlbəcərdə sürətlə görülən işlər, rayonun turizm potensialı və faydalı qazıntıları onu deməyə əsas verir ki, ən yüksək dağ rayonumuz yaxın illərdə əvvəlki şöhrəti ilə ölkələrin diqqətini cəlb edəcək. Kəlbəcərin şöhrətini duyub gələnlərə ermənilərin xarabazara çevirdiyi Kəlbəcər də göstəriləcək. Həm bir daha 30 il ərzində necə vandal qonşu ilə mübarizə apardığımızı görəcəklər, həm də Azərbaycanın qısa müddət ərzində xarabalığa çevrilmiş ərazini cənnətməkana çevirməsini heyranlıqla izləyəcəklər.”

 

Ülker PİRİYEVA/AZERBAYCAN

Yorum yapabilmek için giriş yapmalısınız.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.