ABŞ-nin Çikaqo şəhərində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
27 fevral, 2024
ABŞ-nin Çikaqo şəhərində Xocalı faciəsinə həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib
ABŞ-nin İllinois ştatının Çikaqo şəhərində Xocalı soyqırımın 32-ci ilinə həsr olunmuş “Qlobal Dialoq Konfransı: Xocalı Mirasının İzində, Hədəflərə Doğru Körpü Qurmaq” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Konfrans İllinois ştatında fəaliyyət göstərən Amerika Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin (ACMA) təşkilatçılığı ilə Skoki şəhərində yerləşən İllinois Holokost Muzeyində baş tutub.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçirilən konfransda Türkiyə Konsulluğunun əməkdaşları, qazax, qırğız, Azərbaycan, Amerika, Pakistan, və türk xalqlarının nümayəndələri, Ukrayna Cəmiyyətinin rəhbəri, tanınmış natiqlər və dövlət xadimləri iştirak edib.
Nigar Çaybasarskinin moderatorluğu ilə baş tutan tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Sonra Amerika Orta Qərb ştatları Azərbaycan Mərkəzinin rəhbərləri Fərid Məmmədov və Mehriban Məmmədova tədbiri açıq elan edib. Xocalı faciəsinin Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi soyqırım olduğunu və Amerika ictimaiyyətinin də bu cinayəti törədən şəxslərin ədalət məhkəməsinə cəlb olunmasına dəstək verməsinin vacibliyi vurğulanıb.
ABŞ-nin Çikaqo şəhərində Xocalı faciəsinə həsr olunmuş Beynəlxalq Elmi konfrans keçirilib
📌https://t.co/N4XvcLGoRQ#JusticeforKhojaly #Khojaly #KhojalyGenocide #XocalıyaƏdalət pic.twitter.com/5UTSSGxQH0— Azerbaijani Diaspora (@DiasporaAz) February 27, 2024
Tədbirdə çıxış edən litvalı hərbi jurnalist Riçardas Lapatis Xocalıda şahidi olduğu dəhşətlərdən söz açıb və erməni cinayətkarlarının mənəviyyatsız, insanlığa sığmayan əməllərindən danışıb: “Bir dəfə bir qadın məndən soruşdu ki, oğlum, bilmirəm sən hardansan. Səncə bizim haqqımızda kimsə həqiqəti dünyaya deyəcəkmi? O gündən mənim həyatımda hər şey dəyişdi. Erməni faşizmi Haaqa məhkəməsində cəzalanmasa, ədalət öz yerini tapmayacaq.”
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova qeyd edib ki, Azərbaycan xalqı dünyanın hər yerində “Xocalıya Ədalət” şüarı ilə Xocalıda soyqırımı və insanlığa qarşı cinayət törətmiş şəxslərin beynəlxalq məhkəmələrdə cəzalandırılmasını tələb edir: “Azərbaycanın öz torpaqlarını azad etməsi, 15 oktyabr 2023-cü ildə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Xocalıda Azərbaycan Bayrağını ucaltması, “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində keçirilən aksiyalar bundan sonra yeni mərhələyə qədəm qoyacaq, Xocalı faciəsinin qurbanlarının həyatının geri qaytarılması mümkün olmasa da, bu şəhər yenidən azərbaycanlıların nəfəsi ilə isinəcək.”
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyinin 1-ci katibi Ceyhun Novruzov çıxışında bildirib ki, Xocalı soyqırımı Azərbaycan tarixinin qanlı səhifəsi olsa da, xalqımız və dövlətimiz bu ağır sınaqdan qəhrəmanlıqla çıxıb.
Asiya Tədqiqat Mərkəzinin sədri Harri Lipinski çıxışında Azərbaycanın regionun aparıcı dövləti olduğunu və apardığı uğurlu siyasət nəticəsində bu münaqişədən qalib çıxdığını bildirib.
Tennessi Texnoloji Universitetində siyasi elmlər professoru Maykl Qanter Qarabağ məsələsində Azərbaycanın daim haqlı mövqe nümayiş etdirməsindən danışıb.
Amerikalı muğam ifaçısı Cefri Verbok Azərbaycanın zəngin mədəniyyətə sahib olduğunu vurğulayıb və Xocalı faciəsi haqqında danışıb və dünya birliyini ədalətin bərqərar olmasına dəstək verməyə çağırıb.
Şimali Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamentinin dosenti Əli Əsgərov Ermənistanın işğalçılıq siyasətinin bir parçası olan Xocalı soyqırımı haqqında faktları auditoriyanın diqqətinə çatdırıb. O, Ermənistanın Xocalıdan öncə də 400 min azərbaycanlını soyqırıma məruz qoyduğunu qeyd edib və Ermənistandan qovulmuş azərbaycanlıların da öz yurd-yuvalarına qayıdışlarının diqqətə alınmasının vacibliyini vurğulayıb.
Konfransda həmçinin Dr. Kamal Makili- Əliyevin Xocalı soyqırımı ilə bağlı video çıxışı dinlənilib.
Tədbirdə Cefri Verbok kamançada Azərbaycan muğamlarını, gənc musiqiçi Klara Haya Melamed pianoda Azərbaycan bəstəkarlarının lirik əsərlərindən ibarət musiqilər ifa ediblər.
Konfransda ilk dəfə olaraq bu illər ərzində, Xocalı azad olunduqdan sonra gələcəyə inamlı çıxışlar səsləndirilib.
Tədbir çərçivəsində keçirilən sərgidə Xocalı faciəsinin həqiqətlərini əks etdirən fotolarla yanaşı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Kanadada fəaliyyət göstərən “Vətən Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzi”i tərəfindən hazırlanan “Azərbaycan Tarixi” layihəsi çərçivəsində çəkilən “Xocalı Soyqırımı” filmi və Riçardas Lapaitisin Xocalıda lentə aldığı fotolar nümayiş olunub.
FOTO QALEREYA
dostların arasında bunu ilk tövsiyyə edən sən ol
DIGƏR XƏBƏRLƏR
Kaynak:https://diaspor.gov.az/az/news-detail/abs-nin-cikaqo-seherinde-xocali-faciesine-hesr-olunmus-beynelxalq-elmi-konfrans-kecirilib-4294
Yorum yapabilmek için giriş yapmalısınız.