DOLAR 34,5507 0.26%
EURO 36,4573 0.27%
ALTIN 2.958,590,81
BITCOIN 33685654,64%
İstanbul
17°

HAFİF YAĞMUR

Aktau şəhərində 20 Yanvar faciəsinin qurbanları anılıb

Aktau şəhərində 20 Yanvar faciəsinin qurbanları anılıb

ABONE OL
23 Ocak 2024 18:31
Aktau şəhərində 20 Yanvar faciəsinin qurbanları anılıb
0

BEĞENDİM

ABONE OL

 

 

 

Aktau şəhərində 20 Yanvar faciəsinin qurbanları anılıb

, 2024

 

 

 

Aktau şəhərində 20 Yanvar faciəsinin qurbanları anılıb

 

 

 

 

Qazaxıstanın Aktau şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

 

 

 

 

Azərbaycanın Aktaudakı Baş konsulluğunda baş tutan tədbirdə ölkəmizin Dövlət Himni səsləndirilib, 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

 

 

 

Tədbiri giriş sözü ilə açan Azərbaycanın Aktaudakı Baş konsulluğunun başçısı v.i.e Elçin Məmmədov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə SSRİ rəhbərliyinin göstərişi ilə sövet qoşunları tərəfindən Bakıda mülki əhaliyə qarşı törədilmiş dəhşətli cinayət haqqında məlumat verib. Bildirib ki, həmin gecə müstəqilliyimiz, suverenliyimiz uğrunda canlarından keçən oğul və qızlarımız şəhidlik zirvəsinə yüksəlməklə milli şərəf və ləyaqət, vətənpərvərlik örnəyi oldular. Hadisələrin ertəsi günü o zaman Moskvada yaşayan ulu öndər Heydər Əliyevin ailə üzvləri ilə birlikdə Azərbaycanın Daimi Nümayəndəliyinə gedərək, Bakıya hərbi müdaxiləni sərt şəkildə pislədiyi və ağır gündə xalqımıza dəstək olduğu xatırladılıb.

 

 

 

Mangistau vilayəti üzrə Azərbaycan icmasının rəhbəri Şəmsəddin Hüseynov, Azərbaycan Mərkəzinin rəhbəri İlkin Orucov, icma ağsaqqalları Yusif Quliyev, Zakir Əkbərov və başqaları çıxışlarında faciə ilə bağlı fikirlərini, xatirələrini bölüşüblər. Qanlı Yanvar hadisəsinin xalqın mübarizlik əzmini qırmadığını, əksinə, azadlıq və müstəqillik yolunda xalqın birliyini daha gücləndirdiyini bildiriblər. 20 Yanvar şəhidlərinin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağı, Bakıdakı Şəhidlər Xiyabanının hər il izdihamla ziyarət edildiyi diqqətə çatdırılıb.

 

 

 

 

Tədbir çərçivəsində sovet qoşunları hissələrinin Bakıda törətdiyi qanlı qırğını ifşa edən fotoşəkillərdən ibarət anım guşəsi nümayiş etdirilib.

 

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/aktau-seherinde-20-yanvar-faciesinin-qurbanlari-anilib-4098

 

 

 

Yorum yapabilmek için giriş yapmalısınız.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.