DOLAR 34,5507 0.26%
EURO 36,4573 0.27%
ALTIN 2.958,590,81
BITCOIN 33685654,64%
İstanbul
17°

HAFİF YAĞMUR

Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub

Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub

ABONE OL
27 Eylül 2024 00:15
Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub
0

BEĞENDİM

ABONE OL

Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub

2024

 

https://x.com/DiasporaAz/status/1838899684347150456

 

Danimarkada yaşayan azərbaycanlı alim medalla təltif olunub
Kopenhagen Universitetinin nevrologiya üzrə professoru, Beynəlxalq Başağrısı Cəmiyyətinin rəhbəri, İnsan Miqreni Araşdırma Birliyinin direktoru prof. Dr. Məsud Aşina Diasporla İş üzrə Dövlət Komitəsində olub.

Qonağı salamlayan Komitə sədri Fuad Muradov iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafında Azərbaycan diasporunun rolunu yüksək qiymətləndirib. Hazırda xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqətində olduğunu bildirib.

 

https://x.com/DiasporaAz/status/1838899684347150456

 

 

Fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə dərin minnətdarlığını ifadə edən Məsud Aşina bundan sonra da xaricdə vətənimizin milli maraqlarının müdafiəsi, ölkə daxilində və hüdudlarından kənarda təhsil alan, yaşayan gənclərimizin beynəlxalq elm aləminə inteqrasiyası, fəallıqlarının artırılması üçün əlindən gələni əsirgəməyəcəyini söyləyib.

Məsud Aşinaya diaspor fəaliyyətində xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təltif olunduğu “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalı təqdim edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Məsud Aşina “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü seçilib.

 

https://x.com/DiasporaAz/status/1838899684347150456

 

 

Məsud Aşina Danimarka Baş Ağrısı Dərnəyinin prezidenti, Avropa Baş Ağrısı Federasiyasının baş katibi və 2019-2021-ci illərdə Beynəlxalq Baş Ağrısı Assosiasiyasının prezidenti olub.

2019-cu ildə Lundbeck Professor proqramı fondunun ən böyük həcmli qrant proqramında iştirak edən Məsud Aşinanın tədqiqatları baş ağrılarının yeni müalicə metodlarının axtarışına və təkmilləşdirilməsinə görə 4 milyon avro mükafata layiq görülüb. 2021-ci ildə Türkiyədə TÜBA – Beynəlxalq Akademiya Mükafatının laureatı olub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol
Digər xəbərlər

kaynak:https://diaspor.gov.az/az/news-detail/danimarkada-yasayan-azerbaycanli-alim-medalla-teltif-olunub-5106

 

 

https://x.com/DiasporaAz/status/1838899684347150456

Yorum yapabilmek için giriş yapmalısınız.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.