DOLAR 34,5507 0.26%
EURO 36,4573 0.27%
ALTIN 2.958,590,81
BITCOIN 33685654,64%
İstanbul
17°

HAFİF YAĞMUR

Dövlət Komitəsinin sədri Polşada səfərdədir

Dövlət Komitəsinin sədri Polşada səfərdədir

ABONE OL
24 Şubat 2024 15:14
Dövlət Komitəsinin sədri Polşada səfərdədir
0

BEĞENDİM

ABONE OL

Dövlət Komitəsinin sədri Polşada səfərdədir
2024
Dövlət Komitəsinin sədri Polşada səfərdədir
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Polşaya səfəri başlayıb.

İlk olaraq Komitə sədri Azərbaycanın Polşadakı səfirliyində olub, səfir Nərgiz Qurbanova ilə birlikdə burada ulu öndər Heydər Əliyevin büstünü ziyarət edib.

 

 

 

 

Daha sonra Komitə sədri Varşavada fəaliyyət göstərən Azərbaycan Evində olub. Azərbaycan icmasının nümayəndələri ilə söhbət zamanı xaricdə yaşayan soydaşlarımızın Vətənlə əlaqələrinin möhkəmləndirilməsinə Komitənin hər zaman dəstək verməyə hazır olduğunu bildirib, onların həmrəyliyinin təmin olunması məqsədilə Azərbaycan evlərinin sayının artırılmasının önəmi, mövcud evlərin fəaliyyəti, Komitənin həyata keçirdiyi layihələr, Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar keçirilməsi planlaşdırılan tədbirlər barədə məlumat verib. Xocalı faciəsinin Ermənistanın etnik azərbaycanlılara qarşı törətdiyi soyqırımı aktı olduğu, diaspor nümayəndələrinin hər il soyqırımının ildönümü ilə bağlı müxtəlif tədbirlər keçirdiyi vurğulanıb.

Görüş zamanı Polşadakı Azərbaycan icmasının yerli cəmiyyətə inteqrasiyası, gənclərin elm, təhsil və digər sahələrdə uğurları, icma üzvlərinin diaspor fəaliyyətinin genişləndirilməsi, informasiya platformalarında fəallığın artırılması, yeni birlik mexanizmlərinin yaradılması, diaspor hərəkatının hədəflərinin dəqiq müəyyən edilməsi barədə qarşılıqlı müzakirələr aparılıb.

Səfər çərçivəsində Komitə sədri Polşa Respublikası xarici işlər nazirinin müavini Henrika Moscicka-Dedis ilə görüşüb. Qonaqları salamlayan nazir müavini Polşa ilə Azərbaycan arasında çoxəsrlik dostluq və əməkdaşlıq münasibətlərinin zamanla daha da möhkəmlənəcəyinə ümidvar olduğunu və bu səfərin ikitərəfli əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini ifadə edib, Azərbaycan icmasının Polşa cəmiyyətinə inteqrasiyasının yüksək səviyyədə olduğunu bildirib. Henrika Moscicka-Dedis xaricdə yaşayan polyaklarla bağlı dövlət siyasətinin əsasını polyak dil və tarixinin, mədəni irsin təbliği, polyakların repartriasiyası, rifahlarının yaxşılaşdırılması və digər məsələlərin təşkil etdiyini, bu istiqamətdə polyakların sıx məskunlaşdığı ölkələrdə layihələr həyata keçirildiyini bildirilib.

Fuad Muradov öz növbəsində Komitənin fəaliyyət istiqamətləri, həyata keçirilən iri layihələr, xalqlararası münasibətlərdə Azərbaycan diasporunun rolu, xarici ölkələrin diaspor məsələlərinə məsul qurumları ilə əməkdaşlıq məqsədilə imzalanmış memorandumlar, o cümlədən ölkəmizin diaspor siyasəti, dövlətimizin xaricdə yaşayan azərbaycanlılara mütəmadi qayğısı barədə nazir müavinini məlumatlandırıb. Görüş qarşılıqlı fikir mübadiləsi ilə başa çatıb.

Komitə sədri Polşa Respublikası Senatının Emiqrasiya və Xaricdə Yaşayan Polyaklarla Əlaqələr Komitəsinin sədri Boqdan Boruseviç ilə də görüşüb. Qonaqları salamlayan Boqdan Boruseviç Azərbaycanla Polşa arasında əməkdaşlığın müxtəlif sahələrdə uğurla davam etdiyini bildirib və Komitənin fəaliyyəti barədə danışıb.

Dövlət Komitəsinin sədri Komitənin fəaliyyəti, Polşada yaşayan azərbaycanlıların yerli cəmiyyətə inteqrasiyası, bu ölkənin iqtisadiyyatına verdiyi töhfə, diaspor təşkilatlarının səmərəli fəaliyyəti üçün yaradılmış imkanlar, paytaxt Varşavada fəaliyyət göstərən Azərbaycan Evi, eləcə də yaxın günlərdə Krakov şəhərində açılacaq ikinci Azərbaycan Evi barədə ətraflı məlumat verib. Bu evlərdə çoxsaylı mədəni tədbirlərin keçirildiyi, dil kurslarının fəaliyyət göstərdiyi bildirilib. Azərbaycanda polyak icması üçün yaradılmış şəraitə toxunan Komitə sədri polyakların Azərbaycan cəmiyyətinə tam inteqrasiya etdiyini, Azərbaycanın regionda və dünyada sülh və əmin-amanlığı dəstəkləyən tolerant dövlət olduğunu, İkinci Qarabağ müharibəsindən sonra Ermənistana sülh təklif etdiyini vurğulayıb.

Görüşdə həmçinin miqrasiya məsələlərinin tənzimlənməsi, miqrantların hüquqları, işçi vizaları barədə qarşılıqlı fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, artıq bir neçə ildir Polşada yaşayan azərbaycanlılara, eləcə də təhsil alan gənclərə hüquqi yardımın göstərilməsi üçün Polşa Azərbaycanlıları Koordinasiya Şurasının təşəbbüsü və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə tam təmənnasız vəkil xidmətləri təqdim olunur.

FOTO QALEREYA

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

Kaynak:https://diaspor.gov.az/az/news-detail/dovlet-komitesinin-sedri-polsada-seferdedir-4248

 

 

Yorum yapabilmek için giriş yapmalısınız.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.