DOLAR 34,5507 0.26%
EURO 36,4573 0.27%
ALTIN 2.958,590,81
BITCOIN 33685654,64%
İstanbul
17°

HAFİF YAĞMUR

Kişinyovda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
  • Dubai Gazetesi
  • Gündem
  • Kişinyovda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

Kişinyovda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

ABONE OL
27 Ocak 2024 11:06
Kişinyovda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib
0

BEĞENDİM

ABONE OL

 

 

 

Kişinyovda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

2024

 

 

 

Kişinyovda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib

 

 

 

Moldovanın paytaxtı Kişinyovda 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə bağlı anım tədbiri keçirilib.

 

 

 

 

Azərbaycanın Moldovadakı səfirliyində baş tutan tədbirdə diplomatlar, bu ölkədə yaşayan soydaşlarımız və tələbələr iştirak ediblər. Mərasimdə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib və səfirliyin ərazisindəki faciə qurbanlarının xatirəsinə həsr olunmuş guşə önünə çiçəklər düzülüb.

 

 

 

 

Tədbiri giriş sözü ilə açan səfir Ülvi Baxşəliyev bildirib ki, anım və qürur günü olan 20 Yanvar hadisələrinə ilk dəfə ümummilli lider Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymət verilib. Öz süverenliyini və ərazi bütövlüyünü tam bərpa edən Azərbaycanın Silahlı Qüvvələrinin bütün şəhidlərimizin qisasını döyüş meydanında aldığını vurğulayan səfir qeyd edib ki, qəhrəmanlarımızın əziz xatirəsi hər bir soydaşımızın qəlbində əbədi yaşayacaq.

 

 

 

Moldova Azərbaycanlıları Konqresinin sədri Elçin Bayramov çıxışında 20 Yanvar faciəsinin Azərbaycan tarixinin ən qanlı, eyni zamanda şanlı səhifələrindən biri olduğunu, dövlətimizin azadlığı, xalqımızın birliyi və həmrəyliyinə gedən yolda dönüş nöqtəsinə çevrildiyini söyləyib. Nəzərə çatdırıb ki, 20 Yanvar şəhidlərinin və qurbanlarının dəfni zamanı milyonlarla həmyerlimiz Azadlıq meydanında toplaşaraq, xalqımızın sovet cəlladları qarşısında əyilmədiyini və qorxmadığını nümayiş etdirib.

 

 

 

Qeyd edək ki, Moldova parlamentinin deputatı, Moldova-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Vitali Jakot sosial şəbəkədəki səhifəsində 20 Yanvar faciəsi ilə bağlı fikirlərini bölüşüb. O, sovet imperiyasına müqavimət göstərən azərbaycanlıların cəsarətinə heyranlığını ifadə edib: “O dəhşətli günlərdən üç onillikdən çox vaxt keçsə də, əminliklə deyə bilərik ki, Azərbaycan xalqı beynəlxalq aləmdə nüfuzlu, firavan və mötəbər dövlət qurmağa nail olub. Azərbaycanın uğurları sübut edir ki, azadlıq uğrunda mübarizə aparmağa dəyər”.

 

 

 

Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən fotosərgi təqdim edilib.

FOTO QALEREYA

 

 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

DIGƏR XƏBƏRLƏR

kaynak:https://diaspor.gov.az/az/news-detail/kisinyovda-20-yanvar-faciesinin-34-cu-ildonumu-ile-bagli-anim-tedbiri-kecirilib-4130

 

 

 

 

Yorum yapabilmek için giriş yapmalısınız.


HIZLI YORUM YAP

SON DAKİKA HABERLERİ

Veri politikasındaki amaçlarla sınırlı ve mevzuata uygun şekilde çerez konumlandırmaktayız. Detaylar için veri politikamızı inceleyebilirsiniz.